44 cinayətin üstü açılıb

16 Fevral 2020 12:04 (UTC+04:00)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də 44 cinayətin üstü açılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. Məlumatda bildirilib ki, açılan cinayətlərdən 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Bundan əlavə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 7 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 14, oğurluq üzrə 13, soyğunçuluq üzrə 2 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.