Türkiyədə zəlzələ olub

16 Fevral 2020 10:16 (UTC+04:00)

Türkiyənin Tunceli vilayətində 3,6 bal gücündə zəlzələ olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, insident yerli vaxtla saat 00:53 radələrində baş verib. Yeraltı təkənların episentri Pülümür rayonunda, ocağı isə 6,99 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.