İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub

16 Fevral 2020 10:05 (UTC+04:00)

Fevralın 16-da səhər saatlarında İndoneziya sahillərində, Seram dənizində 5,6 bal gücündə zəlzələ olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Qərbi Papua əyalətinin Soronq şəhərindən 272 kilometr cənubda, ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.