Abşeronda 3 otaqlı ev yanıb

16 Fevral 2020 09:26 (UTC+04:00)

Abşeron rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.