Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun bir neçə oyunu keçirilib- NƏTİCƏLƏR

16 Fevral 2020 03:04 (UTC+04:00)

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Auqsburq” – “Frayburq” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym” evdə “Volfsburq”a, “Paderborn” “Herta”ya, “Yunion” “Bayer”ə uduzub. “Leyptsiq” “Verder”i 3 cavabsız qolla məğlub edib. Səfərdə “Fortuna” ilə qarşılaşan Münhenqladbax “Borussiya”sı da darmadağına sevinib.

Almaniya Bundesliqası

22-ci tur

14 fevral

Borussiya (Dortmund) – Ayntraxt 4:0

Qol: Pişçek, 33. Sanço, 50. Haland, 54. Gerrero, 74.

15 fevral

Auqsburq – Frayburq 1:1

Qol: Maks, 38 – Haberer, 51.

Hoffenhaym – Volfsburq 2:3

Qol: Baumqartlinger, 45. Kramariç, 60-pen – Veqorsrt, 18-pen; 52-pen; 71.

Paderborn – Herta 1:2

Qol: Srbeni, 51 – Boyata, 10. Kollins, 67-öz qapısına.

Leyptsiq – Verder 3:0

Qol: Klostermann, 18. Şik, 39. Mukiele, 46.

Yunion – Bayer 2:3

Qol: Gentner, 7. Bulter, 87 – Haverts, 22. Diabi, 83. Bellarabi, 9+4.

Fortuna – Borussiya (Münhenqladbax) 1:4

Qol: Tommi, 29 – Hofmann, 22. Ştindl, 51; 77. Noyhaus, 82.

16 fevral

18:30 Köln – Bavariya

21:00 Maynts – Şalke