"Bernli" və "Liverpul"dan qələbə

16 Fevral 2020 02:23 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Sauthempton” doğma meydanda “Bernli”yə uduzub.

Lider “Liverpul” isə “Norviç” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

İngiltərə Premyer Liqası

26-cı tur

15 fevral

Sauthempton – Bernli 1:2

Qol: İnqs, 18 – Vestvud, 2. Vidra, 60.

Norviç – Liverpul 0:1

Qol: Mane, 78.

16 fevral

18:00 Aston Villa – Tottenhem

20:30 Arsenal – Nyukasl

17 fevral

00:00 Çelsi – Mançester Yunayted