Çində koronavirusdan 1665 nəfər ölüb

16 Fevral 2020 07:01 (UTC+04:00)

Çinin Dövlət Səhiyyə Komitəsinin son rəsmi açıqlamasına görə, Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb.

SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, onlardan 1665 nəfər ölüb, 9419 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.