Pevtsov Avropanın ən yaxşısı seçilib

16 Fevral 2020 07:34 (UTC+04:00)
Belarusun Minsk şəhərində Avropa Triatlon İttifaqının sayca 15-ci konfransına həsr olunmuş Qala gecədə ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib idmançımız Rostislav Pevtsov olub. SİA-nın məlumatına görə, 2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kuboklarında nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi Rostislav Pevtsov bu mübarizədə Sem Dikons və Ben Diykstarı geridə qoymağı bacarıb. Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov, Tokio 2020 Olimpiya oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün böyük stimul olacağını media nümayəndələrinə bildirib.