Tovuzda 40 yaşlı qadın dəm qazından zəhərlənib

15 Fevral 2020 20:14 (UTC+04:00)

Tovuz rayonundan dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Quşcu kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Məmmədova Təranə Qəhrəman qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Qadın yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.

İlham Məmmədov