Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib

15 Fevral 2020 16:34 (UTC+04:00)

Paytaxtın Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.