77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələri qüvvədə qaldı

15 Fevral 2020 14:58 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxılıb. SİA-nın məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib.

O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, şikayətlərin hər üçünə baxıb: "Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib".

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.