MSK sədrinin müavini: "Bəzi namizədlər cəmiyyəti çaşdırır" - AÇIQLAMA

15 Fevral 2020 14:17 (UTC+04:00)

Bəzi namizədlər seçilməmələri ilə bağlı emosiyalarını müxtəlif formalarda ifadə edir. Bəzi namzədlər isə öz fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bəzi namizədlər iddia edirlər ki, MSK onların müracətinə baxmayıb: "Ancaq bu yalnışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlərə də daxil olduğu halda baxıb qərar verir".