Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri: 320 mlyn. manat

15 Fevral 2020 10:52 (UTC+04:00)

Bu il fevralın 14-nə Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının dəyəri 320 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 7-si ilə müqayisədə 50 milyon manat və yaxud 18,5% çoxdur.

Mərkəzi Bankın dövriyyədə olan notları bundan əvvəl də 50 milyon manatlıq artım nümayiş etdirmişdi.