Koronavirus cansız cisimlər üstündə nə qədər yaşayır? DİQQƏT

15 Fevral 2020 10:19 (UTC+04:00)

Almaniyalı alimlər kronavirusun cansız cisimlər üstündə nə qədər yaşaya biləcəyini araşdırıb. SİA xəbər verir ki, bu barədə "Journal of Hospital Infection" jurnalı məqalə yayınlayıb.

22 gün ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, insan koronavirusları cansız cisimlər üstündə ən çox 9 gün yaşaya bilir. Alüminium, ağac, kağız, plastik və şüşə kimi müxtəlif obyektlərdə isə orta müddətli dörd-beş gün yaşaya bilir.

Heyvan koronavirusları isə 28 gün cansız cisimlər üstündə aktivliyini davam etdirir.

Cisimlərin səthindəki viruslar etanol, hidrogen peroksid və ya natrium hipoxlorit məhlulları ilə təsirsiz hala düşə bilər.

Tədqiqatçıların fikrincə, yoluxmuş bir səth və ya cisimlə təmasdan sonra ağız, burun və ya gözə toxunularsa, insanın koronavirusa yoluxacağı hələ məlum deyil.