Muay-tay üzrə XII Azərbaycan çempionatına start verilib

15 Fevral 2020 10:08 (UTC+04:00)

Fevralın 15-də Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında muay-tay idman növü üzrə XII Azərbaycan çempionatına start verilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 200-ə yaxın idmançı qatılıb.

Çempionatda Bakı, Gəncə, Bərdə, Mingəçevir, Quba və Salyandan klublar iştirak edirlər.

Azərbaycan çempionatının açılış mərasimi saat 12:00-da keçiriləcək. Yarışa fevralın 16-da yekun vurulacaq.