Qarabağda daha bir erməni əsgəri öldü

15 Fevral 2020 10:02 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq hərbçi ölüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hərbçinin ölümünə səbəb güllə yarası olub.

Hadisə fevralın 14-ü saat 19:00 radələrində baş verib. Ayk Asryan adlı hərbçinin hansı şəraitdə ölməsi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.