Talıb Tale nişanlısından ayrıldı VİDEO

15 Fevral 2020 11:22 (UTC+04:00)

Müğənni Talıb Talenin toyunun gecikməsinin səbəbi bəlli olub. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birində danışıb: "Xeyli müddətdir ki, gizlədirdim. Çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Uzaqdan qohumluğumuz var, bu barədə çox danışmaq istəmirəm. Xasiyyətlərimiz uyğun olmadı. İl yarım nişanlı qaldıq, ötən ilin payızından ayrıldıq. Biz sevgi ilə yox, məntiq üzərində ailə quracaqdıq. Münasibətin sonlanmasını qarşı tərəf istədi. Biz də mədəni insanlar kimi danışdıq və qərara gəldik ki, bu həyata birlikdə davam etməyək.

Gənclərə də tövsiyyə edirəm ki, vaxtında evlənsinlər. Yaş artdıqca hər şey çətin olur”.

Xatırladaq ki, T.Talenin nişanı 2018-ci ilin mayında olmuşdu.