Maduro: "Bir gün gələcək Quaydo həbsxanaya salınacaq"

15 Fevral 2020 07:59 (UTC+04:00)

Venesuela müxalifətinin lideri Xuan Quaydo müvafiq məhkəmə qərarından sonra həbsxanada olacaq.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro jurnalistlərə açıqlamasında deyib.

“Məhkəmə Quaydo üçün həbs qərarı verdikdə, həbsxanaya salınacaq. Həmin gün hələ gəlməyib, amma o gün gələcək”, - Maduro belə deyib.