"Heç bir klubla danışıqlar aparmamışam"

14 Fevral 2020 22:26 (UTC+04:00)

"Başakşəhər"dən ayrılan Arda Turan Yaponiyanın "Urava Reds" klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "TRT Sport"a danışan türk yarımmüdafiəçi bu iddiaları təkzib edib: "Mən "Barselona"nın futbolçusuyam. Heç bir klubla danışıqlar aparmamışam".

Qeyd edək ki, A.Turanın Kataloniya təmsilçisi ilə müqaviləsi 2020-ci ilin iyununda başa çatır.