Helikopter qəzaya uğradı, ölənlər var

14 Fevral 2020 17:25 (UTC+04:00)

Rusiyanın Yamalo-Nenets muxtar dairəsində Mİ-8 helikopter sərt eniş edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nəticədə helikopterin hər iki pilotu ölüb. 8 sərnişin isə həkimlərin müayinəsi altındadır. Məlumata görə, hadisəyə səbəb qar çovğunu olub.