AMEA-da vəzifədən azad edildi

14 Fevral 2020 17:22 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, akademik AMEA-nın Rəyasət Heyətinin iclasında öz ərizəsi əsasında vəzifəsi ilə vidalaşıb.

İnstitutun direktoru vəzifəsi icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.