Şahmatçımız festivalda yerli idmançı ilə mübarizə aparacaq

14 Fevral 2020 17:15 (UTC+04:00)

Fevralın 14-də Çexiyanın paytaxtı Praqada keçirilən şahmat festivalında üçüncü turun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda çexiyalı Yan Krejçi ilə qarşılaşacaq.

Qeyd edək ki, şahmatçımız ötən turlarda heç-heçəyə imza atıb. İki turun nəticəsinə görə, o, turnir cədvəlində üçüncü pillədədir.