Futzal üzrə Yüksək Liqanın XV turunun oyunları açıqlanıb

14 Fevral 2020 17:14 (UTC+04:00)

Futzal üzrə Yüksək Liqanın XV turunun oyun cədvəli açıqlanıb. SİA-nın məlumatına görə, qış fasiləsi fevralın 20-də başa çatacaq. Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək.

İlk görüş saat 12:00-da start götürəcək. “Premier Quba” komandası “Xızı”nı qəbul edəcək.

Tur çərçivəsində “Neftçi”–“Bakı”, “Marafon”–“Araz”, EKOL–“Baku Fire” və “Record club”–“Yasamal” oyunları təşkil olunacaq.