Güləşçimiz erməni üzərində qələbə ilə 1/8 finala yüksəlib

14 Fevral 2020 16:51 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib. SİA-nın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.

İlk hissə rəqibin 8:1 hesablı qələbəsi ilə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) də mübarizəyə qoşulub.