Əsəd qüvvələrinə məxsus helikopter vuruldu

14 Fevral 2020 16:40 (UTC+04:00)

Hələbdə Suriyaya məxsus helikopter vurulub. SİA-nın məlumatına görə, Suriyada fəaliyyət göstərən müxalifətçi silahlı qüvvələr prezident Bəşər Əsədin dəstəkçilərinə məxsus qüvvələrin helikopterini vurub.

Hadisə Hələb şəhərinin qərb bölgəsində qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl də rejim qüvvələrinə məxsus bir helikopter vurulmuşdu. Bu ikinci belə helikopterdir.