Vüqar Bayramov: ""ASAN Xidmət" şəffaflığın artırılmasında mühüm rol oynayır" ÖZƏL-MÜNASİBƏT

14 Fevral 2020 15:16 (UTC+04:00)

Asan xidmət nəinki Azərbaycanda, artıq bütün dünyada özünü model olaraq tanıtmaqdadır. Bunu SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun dediyinə görə, bir sıra ölkələr Asan xidmət modelini öyrənərək tətbiq etməyə başlayıblar və inanırıq ki, qabaqcıl ölkələr də bu modeli öyrənib tətbiqini həyata keçirməyə başlayacaqlar.

“Asan xidmət Azərbaycan modeli olaraq elektron xidmətlərdə, bütövlükdə dövlət xidmətlərinin göstərilməsinə şəffaflığın artırılmasında mühüm rol oynayır. Təbii ki, mövcud islahatlar Asan xidmtin səlahiyyətlərinin genişləndirilməsinə xidmət etməklə yanaşı həm də Asan xidmət əlçatanlığın təmin edilməsinə gətirib çıxarır və bölgələrdə Asan xidmət mərkəzlərinin sayının artması ondan xəbər verir ki, Asan xidmətə əlçatanlıq bu gün prioritet məsələlərdən biridir. Növbəti islahatlar paketində də bütövlükdə iqtisadiyyatın asanlaşdırılması, elektronlaşdırılması prioritet hədəflərdəndir. Artıq qəbul edilən dövlət proqramlarında da birmənalı şəkildə islahatların elektronlaşması və dövlət qurumlarında şəffaflığın artırılması, vətəndaşlarımızın dövlət xidmətinə əlçatanlığının təmin edilməsi və daha asan prosedurlardan keçməklə, daha az zaman sərf etməklə xidmətlər alması prioritet olaraq qalır. Eyni zamanda Asan xidmətin səlahiyyətinə verilən dövlət xidmətlərinin sayında da artımlar var. Belə dövlət xidmətlərinin sayı artdıqca, vətəndaşlar həmin xidmətləri daha asan şəkildə və az prosedurlardan keçməklə almaq imkanına malik olur ki, bu da təbii ki, vətəndaşlarımızın məhz dövlət xidmətləri alan zaman məmnunluq səviyyəsinin artmasına imkan verir. Bu baxımdan Asan xidmət Azərbaycan üçün bir modeldir. Növbəti dövrdə də bütövlükdə elektron iqtisadiyyatın qurulması, asan xidmətlərin sayının artırılması prioritet olduğuna görə, birmənalı şəkildə qeyd etmək olar ki, növbəti illərdə bu sahədə islahatların davam etdirilməsi əsas hədəflər sırasındadır”, - deyə V.Bayramov bildirib.