İdlibə hücum: 7 nəfər ölüb, 7 nəfər yaralanıb

14 Fevral 2020 15:09 (UTC+04:00)

Bəşər Əsəd rejimi və Rus döyüş təyyarələri İdlibə hücumları davam etdirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bəşər Əsəd və Rusiyanın İdlibin qərbinə təşkil etdiyi hücumu nəticəsində 7 mülki şəxs dünyasını dəyişib və 2-si qadın olmaqla, 5 uşaq yaralanıb.

Suriyanın Mülki Müdafiə tərəfindən verilən açıqlamaya görə, Rusiya döyüş təyyarələrinin Ərəb Alsaed zonasına hücum təşkil etdiyi qeyd edilib.