"Azərbaycan rəqəmsal mərkəzə çevriləcək" Fuad Allahveridyev

14 Fevral 2020 17:41 (UTC+04:00)

"Bu gün dünya dördüncü sənaye inqilabı əsrini yaşayır. Bunun da əsas elementlərdən biri rəqəmsllaşmadır". Bu sözləri SİA-a açıqlamasında "AzərTelekom" MMC- nin icraçı direktoru Fuad Allahverdiyev deyib.

O bildirib ki, rəqəmsal iqtisadiyyatdan danışırıqsa, burada əsas faktorlardan biri də infrastrukturdur: "Əhalinin harda yaşamasından asılı olmayaq, şəbəkəyə çıxışı olmalıdır. "AzərTelekom" şirkəti olaraq biz də, həm Azərbaycan daxilində həm də, qlobal bazarlarda infrastrukturun qurulması və inteqrasiya olunmasında yaxından məşğul oluruq".

Hal-hazırda Azərbayacan "Digital Hub" lahiyəsinin təqdimatını həyata keçirir. Proqramın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın daxilində mükəmməl imkanlar qurulsun. Bu da ona imkan verir ki, Bakı şəhərində və regionlarda əhalinin internetə yüksək çıxışı təmin olunacaq. Belə infrastrukturların ətraf ölkələrdə olan infrastrukturlara inteqrasiya olunması, gələcəkdə Azərbaycanın Avropa ilə Asiya arasında rəqəmsal mərkəzə çevrilməsinə yardım edir.

"Transxəzər Fiber Optik kabel xətti lahiyəsi üzrə keçən il iki istiqamətdə, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türmənistan istiqamətləri üzrə dövlətlərarası müqavilələr bağlanıb. Hazırda bu prossesin davamı olaraq infrastrukturun qurulması, yəni bu kabel xətlərinin inşası lahiyəsi üzrə müvafiq işlər davam edir. Bu infrastrukturun qurulması ilə Çin və Hindistan bazarlarının Avropa internet mərkəzləri ilə əlaqəsi Azərbaycan vastiəsilə təmin olunacaqdır.

Ümumilikdə "Digital Hub" lahiyəsinin icrası ilə Azərbaycan tranzit ölkədən, regionun enerji nəqliyyat mərkəzi olmaqla yanaşı həm də, rəqəmsal mərkəzinə çevriləcəkdir"- deyə F. Allahverdiyev qeyd edib.