Xalq artisti: "Səhnədə olanda ürəyim ağrıyır, qan təzyiqim qalxır" AÇIQLAMA -FOTOLAR-VİDEO

14 Fevral 2020 16:16 (UTC+04:00)

Xalq artisti İlham Namiq Kamal hazırda rol aldığı tamaşadan söz açıb. SİA-ya açıqlama verən aktyor həmin tamaşanın adını açıqlayıb: "Bildiyiniz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıram. Hazırda "5 manatlıq gəlin" tamaşasının məşqlərini edirik. Həmin tamaşada baş rolu ifa edirəm. Çox maraqlı tamaşadır".

İ.N.Kamal aktyorluq sənətinin çətin peşə olduğunu diqqətə çatdırıb: "Aktyorluq çox çətin peşədir. Mən aktyorları komputerə bənzədirəm (gülür). Çünki həm ağlayır, həm də gülür. Onu da deyim ki, səhnədə ola-ola hər an vəziyyətim pisləşir. Belə ki, ürəyim ağrıyır, qan təzyiqim qalxır. Amma tamaşaçı bunu hiss etmir. Xüsusi ilə qeyd edim ki, tamaşanın sonunda tamaşaçılar alqışlayanda səhhətimdə yaranan bütün probləmləri unuduram. Ona görə də bu ağır və möcüzəli sənətdə gərək peşəkar olasan".