Rəqsanə ərini klipinə çəkdi VİDEO

14 Fevral 2020 15:25 (UTC+04:00)

14 fevral müğənni Rəqsanə İsmayılovanın həyatında önəmli gündür. SİA-nın məlumatına görə, məhz bu gün sənətçi həyat yoldaşı Fazil bəylə nikaha daxil edib. Evliliklərinin il dönümünə özəl olaraq ifaçı mahnı həsr edib və ona klip çəkdirib. Bəstə "Həyatıma xoş gəldin” adlanır. İsmayılovanın klipdə tərəf müqabili həyat yoldaşıdır.

Rəqsanə sosial şəbəkədə klipdən görüntülər paylaşıb və bu sözləri yazıb: "Həyatıma xoş gəldin. İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizim başlanğıcından bəhs edir. Onu da deyim ki, çox həyəcanlıyam. Arzu edirəm hər zaman sevin və sevilin. Ətrafınızda sizə dəyər verən insanlar olsun".