U-17 yığmamız İnkişaf turnirində iştirak edəcək

14 Fevral 2020 11:46 (UTC+04:00)

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Maltanın Salino şəhərində UEFA İnkişaf turnirində iştirak edəcək. SİA-nın məlumatına görə, rəqiblər Cəbəllütariq, Şotlandiya və Malta yığmaları olacaq. Hazırlıq prosesinə 20 futbolçu çağırılıb. Onlardan 2-si legionerdir.

Oyunların təqvimini və hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Azərbaycan - Cəbəllütariq
21 fevral. Ta’Qali. Centenary stadionu. Saat 13:30

Şotlandiya – Azərbaycan
23 fevral. Ta’Qali. Centenary stadionu. Saat 10:30

Azərbaycan – Malta
26 fevral. Ta’Qali. Centenary stadionu. Saat 13:30
Oyunların başlama saatı Malta vaxtı ilə göstərilib.