ETSN-də görüş keçirilib

14 Fevral 2020 11:01 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.