Çində 24 saat ərzində 121 nəfər dünyasını dəyişib

14 Fevral 2020 10:15 (UTC+04:00)

Çində koronavirus epidemiyası səbəbindən dünyasını dəyişənlərin sayı 1381 nəfərə, virusa yoluxanların sayı isə 63 min 851 nəfərə yüksəlib.
SİA xəbər verir ki, Çin Səhiyyə Nazirliyindən (NHC) verilən açıqlamaya görə, Çində 24 saat ərzində 121 nəfər ölüb, bununla da, ölənlərin sayının 1381 nəfərə çatdığı açıqlanıb.