Rafael Dadaşov xərçəng imiş? AÇIQLAMA

14 Fevral 2020 10:23 (UTC+04:00)

Bəzi saytların yaydığı xəbərə görə Xalq artisti Rafael Dadaşov xərçəng xəstəliyindən əziyyət çəkir. Üçüncü dəfə kimyaterapiya alan aktyor xərçəng bütün bədəninə yayılıb.

Məsələ ilə bağlı olaraq Xalq artistinin müğənni qızı Səidə Dadaşova ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı bu sözləri dedi: "Bu haqda danışmaq istəmirəm. Çünki atamın xəstəliyi barədə danışmaq mənə çox ağırdır. Allah valideynimə möhkəm can sağlığı versin. Biz onsuz nə edərik?!"