Kərkük ərazisindəki ABŞ hərbi hava bazası raket atəşinə tutulub

14 Fevral 2020 04:01 (UTC+04:00)
İraqın şimalında yerləşən Kərkük ərazisindəki ABŞ silahlı qüvvələrinin istifadə etdiyi "K1" hərbi hava bazası cümə axşamı raket atəşinə tutulub. APA-nın xəbərinə görə bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Bildirilib ki, hərbi bazaya iki ədəd "Katyuşa" tipli raket mərmisi atılıb. Hava zərbələrindən dərhal sonra ABŞ-ın döyüş təyyarələri havaya qaldırılıb. Hər hansı bir tələfatın olması ilə bağlı məlumat verilməyib.