Real Sosyedad” İspaniya kubokunun ilk yarımfinal oyunundan qalib ayrılıb

14 Fevral 2020 02:38 (UTC+04:00)

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə “Atletik” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

Digər yarımfinal görüşü “Real Sosyedad”la “Mirandes” arasında baş tutub. Bu oyunda da meydan sahibləri çətin qələbəyə seviniblər.

Yarımfinalın cavab qarşılaşmaları martın 4-5-də keçiriləcək.

İspaniya kuboku

Yarımfinalın ilk oyunları

12 fevral

Atletik – Qranada 1:0

Qol: Muniain, 42.

13 fevral

Real Sosyedad – Mirandes 2:1

Qol: Oyarzabal, 9. Edeqor, 42 – Ayas, 39.