Yaşlı ana övladına görə özünü asdı

13 Fevral 2020 22:23 (UTC+04:00)

Ağstafa sakini övladına görə özünü asıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Zəlimxan kəndində baş verib.

1943 cü il təvəllüdlü Gülşən Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə yerinə Ağstafa rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qadının özünü öldürməsinə səbəb övladında ciddi xəstəliyin aşkar edilməsidir.

Faktla bağlı araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

İlham Məmmədov