ABŞ-dan Türkiyəyə növbəti dəstək

13 Fevral 2020 22:31 (UTC+04:00)

Suriyada baş verənləri sosial media üzərindən, yaxud başqa vasitələrlə manipulyasiya etmək cəhdləri nəticəsiz qalacaq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Rusiyanın ölkəsinə yönəlik ittihamlarına cavab verərkən deyib.

Diplomat bildirib ki, BMT-nin 2254 saylı qərarı Rusiya və İranın dəstəklədiyi Əsəd rejimi tərəfindən pozulmaqdadır. Cefri Türkiyənin öz sərhədlərini qorumaq haqqına sahib olduğunu da bir daha vurğulayıb.