Pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir - AÇIQLAMA

13 Fevral 2020 18:19 (UTC+04:00)

Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, qanun pozuntularını çəkən adam onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: "Bu çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq".