MSK 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib

13 Fevral 2020 17:26 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, həmin dairədən namizəd olan bir neçə nəfər MSK-ya müraciət edərək həmin dairədə seçki qanunvericiliyinin pozulduğunu bildirib və həmin dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş ediblər.

İclasda bildirilib ki, MSK tərəfindən aparılan araşdırmalar nəticəsində iddialar öz təsdiqini tapıb və bir neçə məntəqədə seçkilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular baş verib. Bunlar seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb.

Təklif səsə qoyularaq 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələri ləğv edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hadı Rəcəblidir.