İtlər və pişiklər də koronavirusa yoluxa bilir

13 Fevral 2020 17:22 (UTC+04:00)

Ev pişikləri və itlərin də koronavirusa yoluxmasına həssas olduğu bildirilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə baytar Maria Vorobyova Sankt-Peterburq televiziya kanalına verdiyi müsahibə zamanı söyləyib.

Onun sözlərinə görə, müasir baytarlıq praktikasında köpəklərə və pişiklərə tez-tez koronavirus diaqnozu qoyulur.
"Bu, növlərə xas olan bir virusdur, yəni pişik koronavirusu pişiklərə, köpək koronovirusu da itlərinə təsir edir. Pişiklər və köpəklər insanlar üçün təhlükəli deyil, yalnız bir-birləri üçün təhlükəlidir", deyə baytar M.Vorobyova bildirib.