Dünya ölkələrinin təxminən yarısında köləlik hələ də cinayət deyil - MARAQLI

13 Fevral 2020 14:48 (UTC+04:00)

Dünyadakı ölkələrin demək olar ki, yarısında köləlik cinayət sayılmır. SİA-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı daxilində qurulan Yerli Qanunlardakı Köləlik əleyhinə məlumat bazasına görə, bir çox ölkələrdə bir insanın başqa bir insana sahib olması və ya onun üzərində hökm çıxartmağı birbaşa cəzalandıran qanuni qaydalar yoxdur.

Mövzu ilə əlaqədar aparılan araşdırmalara liderlik edən Nottinqham Universitetinin tədqiqatçısı Katarina Schwarz, dünyada köləliyin tamamilə qadağan olunduğu inancının məşhur bir əfsanə olduğunu vurğulayır.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada müasir zaman köləliyi 40 milyondan çox insanda var. Bu saya məcburi işçilər və məcburi evliliklər də daxil edilib.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün ölkələr 2030-cu ilə qədər müasir zaman köləliyini tamamilə aradan qaldırmaq hədəfini qəbul ediblər. Lakin dünyada köləliyə icazə verən köhnə qanunlar ləğv olunsa da, son araşdırma göstərir ki, BMT-yə üzv 193 dövlətin 94-də insanlara qarşı köləlik və ya zorakılıq açıq qanunlarla əhatə olunmur. Ölkələrin təqribən üçdə ikisində köləlik ilə əlaqəli olan əsarət, borcun tutulması, məcburi evlilik və uşaq alveri kimi təcrübələr cəza ilə əhatə olunmur.

Tədqiqatçılar vurğulayırlar ki, demək olar ki, bütün ölkə qanunlarında insan alverinə qarşı qaydalar olsa da, qanunda çatışmazlıqlar var və bəzən bundan sui-istifadə edənlər cəzasız qala bilər.

Digər tərəfdən, Beynəlxalq Köləliklə Mübarizə Assosiasiyasının sözçüsü Jakup Sobik vurğulayır ki, təkcə qanunların sərtləşdirilməsi həll yolu ola bilməz. Qanundan kənara çıxan insanların bəzilərinin köləliyin pəcəsində olduğunu söyləyən Sobik, bu insanların niyə başqasının onları istismar etməsinə icazə verdiyini başa düşmək üçün səbəblərinin araşdırılması gərəkdiyini bildirib.