Xəlifə Haftar qüvvələrinin raket zərbəsindən 1 nəfər ölüb, 9 əfər yaralanıb

13 Fevral 2020 10:51 (UTC+04:00)

Xəlifə Haftar milislərinin paytaxt Tripoliyə etdiyi hücumlarda 1 nəfərin öldüyü, 9 nəfər isə yaralandığı açıqlanıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Xəlifə Haftar qüvvələri tərəfindən Tripoli Universitetinin cənub-qərbindəki mülki yaşayış məntəqələrinə eləcə də, dükanlara atılan raket zərbəsindən 5 mülki şəxs yaralanıb.

Qeyd edək ki, Xəlifə Haftar durmadan hücumlara davam edir. Bir gün əvvəl də Tripolinin Sevani və Bab et-Tacura bölgələrinə raket hücumu həyata keçirib.