Rasim Quliyev: "Seçkilər demokratiyanın inkişafı və müsbət dəyişikliklər istiqamətində mühüm irəliləyiş sayıla bilər" - MÖVQE

12 Fevral 2020 17:00 (UTC+04:00)

"Azərbaycanda keçirilən parlament seçkiləri səsvermə gününə qədərki mərhələdə hüquqi, maddi-texniki təminat baxımından çox yüksək səviyyədə təşkil edilmişdir ki, bunu bütün yerli və beynəlxalq müşahidəçilər xüsusilə yüksək qiymətləndirdilər. Bu mərhələdə bütün prosedurlar açıq, demokratik və müasir standartlara uyğun şəkildə həyata keçirilmişdir". SİA-nın verdiyi məlumata görə, bunu rəsmi facebook səhifəsində “RESURS” Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev yazdığı məqaləsində qeyd edib.

Həmin məqalənin davamını dərc edirik:

Səsvermə günü seçkinin xüsusi mərhələsini təşkil edir ki, bu məsələdə də ABŞ, ATƏT, AŞPA, Rusiya, Fransa, Türkiyə, Şanxay ƏT və bir çox ölkələrin təmsil olunduğu beynəlxalq qurumlar və ayrı-ayrı ölkələri təmsil edən hökümət və qeyri-hökümət təşkilatlarının rəyləri seçkilərin yaxşı təşkil olunduğunu və demokratik prinsiplərə uyğun keçirildiyini təsdiq etdilər: "Ayrı-ayrılıqda ABŞ və Fransadan olan təcrübəli Exit-Poll keçirən təşkilatların səsvermədən dərhal sonra elan etdikləri rəyləri MSK-nin açıqladığı ilkin nəticələrə uyğunluğu da seçkilərin texniki, texnoloji, mənəvi-psixoloji baxımdan daha mütərəqqi formada keçirildiyininin göstəricilərindəndir.

Seçki günü baş vermiş neqativ hallara keçməzdən öncə bəzi statistik nəticələrə nəzər salmaq maraqlı olardı.
Xatırladırıq ki, Bəzi məntəqə və dairələrdə baş vermiş neqativ halların araşadırılımasından sonra müəyyən məntəqələrdə və dairələrdə nəticələrin ləğv olunması, yaxud bəzi dairələrdə təkrar seçkilərin keçirilməsi göstərilən statistikaya çox ciddi təsir edəcəyini güman etmirik.

Dairələr üzrə 125 millət vəkilindən
Kişilər: 73,75%, 103 nəfər
Qadınlar: 26,25%, 22 nəfər

YAP-nın üzvü olan millət vəkillərinin sayı 71 nəfər
Bitərəflər- 44 nəfər
VHP – 3 nəfər
BQP – 1 nəfər
BDİP – 1 nəfər
BAXCP- 1nəfər
AVP- 1 nəfər
VP- 1 nəfər
VBP- 1 nəfər
ADMP- 1 nəfər
olmaqla siyasi partiyalar Milli Məclisdə mandat qazanmışlar.

Dairədə ən çox səs toplayaraq liderlik edən deputatlığa namizəd 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə Vasif Talıbov (YAP) 94,6 %

Dairədə ən az səs toplayaraq liderlik edən deputatlığa namizəd - 79 saylı İmişli seçki dairəsi üzrə Razi Nurullayev - (bitərəf) -20, 09%

İlk dəfə seçilənlərin sayı - 41 nəfər.- 32 kişi, 9 qadın

Siyahıya əsasən, seçkidə qalib gəlmiş qadınlardan bir nəfər Naxçıvan Muxtar Respublikasından, 7 nəfər Bakıdan, 13 nəfər isə bölgələrdən seçilmişdir.

Siyahıda adları çəkilənlərdən Səbinə Xasıyeva, Afət Həsənova, Hicran Hüseynova, Fatma Yıldırım, Könül Nurullayeva, Nigar Arpadarai, Əminə Ağazadə, Sevil Mikayılova VI çağırış MM-ə seçkilərdə diqqətimizi çəkən yeni simalardır.

İlkin nəticələrə əsasən, Milli Məclisin yeni tərkibində ən gənc deputat da elə xanımdır. Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən Səbinə Xasayevanın 26 yaşı var. 116 saylı Qəbələ Seçki Dairəsindən Milli Məclisə mandat qazanan Fəttah Heydərovun hazırda 82 yaşı var və Parlamentin daxili nizamnaməsinə əsasən parlamentin ilk açılış iclasına sədrliyi o etməlidir.

Seçilmiş namizədlərin 22%-i orta yaş həddləri 43 olan qadınlardır, 55% isə orta yaş həddləri 44 olan kişilərdir. Namizədlərin 25%-nin 18-34, 33%-nin – 35-44, 19%-nin – 44-54, 23%-nin – 55-dən çox yaşı var. Parlamentin orta yaş həddi təxminən 14-15 yaş cavanlaşmışdır.

İlk dəfə seçilənlər arasında 19 nəfər 45-60 yaş, 3 nəfəri 60-dan yuxarı

Seçilmiş deputatlığa namizədlərin 2-si işsiz kimi göstərildiyi üçün 2 nəfər vətəndaşımızın iş probleminin də həll olunduğunu qeyd etmək yerinə düşərdi".

Seçki günü baş vermiş neqativ hallar barədə danışarkən bir suala da cavab axtaraq. Əgər parlament özünü buraxırsa və iqtidarın islahatçı ruhuna cavab vermirdisə, deməli məqsəd daha çevik və müasir düşüncə tərzinə malik, aparılan islahatlara uyğun seçki keçirmək və parlamentin seçilməsinə şərait yaratmaqdır. Əslində seçkilərin ciddi rəqabət şəraitində və gərgin keçirilməsi və nəticələr bu sahədə də islahatlardan xəbər verdi. Sadəcə olaraq təəssüflə qeyd edirik ki, bəzi deputatlığa namizədlər və onların seçki kampaniyasını həyata keçirdən komanda üzvləri arasında elə adamlar vardır ki, aparılan struktur, hüquqi və demokratik islahatların ruhuna, mənəvi-əxlaqi dəyərlərə uyğun gəlməyən neqativ hərəkətlərə yol verərək dövlətin imicinə və dövlətçiliyimizin inkişaf prinsiplərinə, vətəndaş inamsızlığına səbəb olan hərəkətlərə yol vermişlər. Həmin neqativ halların baş verdiyi məntəqə və dairələrdə faktlar üzrə MSK tərəfindən ciddi araşdırmaların aparılıcağına və müvafiq tədbirlər görüləcəyinə, lazım gəldikdə həmin nəticələrin ləğv ediləcəyinə ümidvar olduğumuzu bildiririk. YAP, bitərəf və ya hər hansı siyasi partiya mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda xalqın alqışladığı və dünyada ölkəmizin nüfuz və imicinin yüksəlməsi, dövlətin güclənməsi və inkişaf etməsi istiqamətində aparılan ardıcıl, sabit siyasət və demokratik islahatların ruhuna uyğun gəlməyən hərəkət və qanuna zidd əməl törədən deputatlığa namizəd və ya onun adamlarının qanun qarşısında ədalətli şəkildə cəzalanacaqlarına ümid edirik.

Beləliklə hesab edirik ki, keçirilən seçkilər demokratiyanın inkişafı və müsbət dəyişikliklər istiqamətində mühüm irəliləyiş sayıla bilər.

Hər bir dairədən yalnız bir namizədin seçilə biləcəyi mümkünlüyünü nəzərə alaraq seçilə bilməyən digər namizədlərin narazılığını təbii qəbul edirik. Eyni zamanda qalib gələrək deputat seçilən rəqiblərinin əlini sıxmaq mədəniyyətini də vətəndaşlarımıza arzulayırıq. Mübarizədə cəmiyyətin ziyalı, mədəni elatısının təmsilçisi olan deputatlığa namizədlər mübarizəni düşmənçilik hisləri ilə qeyri-sağlam üsullarla deyil, sağlam intellektual rəqabət şəraitində aparmalı və cəmiyyətə udub-uduzmaq mədəniyyətini göstərməlidirlər.

“Resurs” Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti