Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

11 Fevral 2020 09:28 (UTC+04:00)

Martın 14-də Dövlət Kreml Sarayında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq Artisti Müslüm Maqomayevə həsr edilən “Sənsiz mahnı yoxdur” adlı konsert proqramı təqdim ediləcək. SİA-nın məlumaına görə, konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “TenorA XXI veka” art layihəsi tərəfindən təşkil olunacaq. Konsertdə Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriləcək.