U-21-in heyətində dəyişiklik olub

10 Fevral 2020 15:36 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib. SİA-nın məlumatına görə, “Qarabağ” klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri - İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.