Çinin Uhan şəhərində peyda olan və dünyada yayılan ölümcül epidemiya can almağa davam edir.
SİA xarici mətbuata istinadən xəbər verir ki, koronavirus epidemiyasından həyatını itirənlərin sayı Çində dəhşətli həddə çatıb.Ölənlərin sayı hər gün artarkən, sosial mediada yer alan görüntülər insanları dəhşətə gətirib.
Belə ki, Çin səlahiyyətliləri virusun yayılmasının qarşısını almaq üçün insanları zorla evlərinə zəncirləyiblər.
"Çin səlahiyyətlilərinin sizə məsləhəti odur ki, özünüzü qoruyun, evdə virusa qarşı yaxşı tədbirlər görün. Təcili bir vəziyyət yaranarsa, burada qoyduğumuz açarlardan istifadə edə bilərsiz. Biz ən qısa müddətdə köməkəyinizə yetəcəyik. Bu qaydaya əməl etməyənlərə qarşı isə ciddi tədbirlər görüləcək".- deyə çinli səlahiyyətlilər qeyd edib.