Tunarın 9 aylıq Rəhmanı FOTOLAR

10 Fevral 2020 10:20 (UTC+04:00)

Müğənni Tunar Rəhmanoğlunun oğlu Rəhmanın yeni fotoları üzə çıxıb. SİA-nın məlumatına görə, şəkilləri müğənnin bacısı Günel Zeynalova "İnstagram" səhifəsində yayımlayıb. O, balaca Rəhmanın 9 ayının tamam olduğunu vurğulayıb: "Bibisinin eşqi, bir-birimizi sevirik. Rəhmanım, 9 ayın mübarək. Gülərüz balam".

Qeyd edək ki, Tunar Ülviyyə adlı xanımla ailə qurub. İfaçı oğluna atasının adını qoyub.