Fransalı müşahidəçi: "Seçkilər Azərbaycan xalqının iradəsini ifadə etdi"

9 Fevral 2020 21:31 (UTC+04:00)

"Mən ümumilikdə 20 seçki məntəqəsində seçki prosesini izlədim. Seçki bitdikdən sonra səslərin sayılmasında da iştirak erdim". Bunu parlament seçkilərini müşahidə etmis Fransanın xarici əlaqələr və müdafiə məsələləri üzrə vitse-prezident Joel Qrelyo deyib.

Onun sözlərinə görə, seçicilərin barmaqlarına xüsusi boyaların vurulması yenikdir ki, bu da bir şəxsin ikinci dəfə səs verməsinin qarsını ala bilir: "Belə hal bəzi ölkələr üçün numunə ola bilər. Səslərin sayılmasında aşkarlıq numayis etdirildi. Ümumilikdə, seçkiləri müsbət qiymətləndirmək olar".

Senator onu da bildirib ki, Bakı gözəl şəhərdir: "Burada tarixi memarlıq nümunələri var, insanlar isə mehriban və gülərüzdürlər".

İnam HACIYEV