İslamabad Qlobal Araşdırmalar Mərkəzi bu günkü seçkilərlə bağlı jurnalistlərə açıqlama verib. SİA xəbər verir ki, Pakistandan gələn və seçkini müşahidə edən nümayəndə heyəti bu günkü seçki barədə rəyini açıqlayıb.
Qeyd olunub ki, onlar Azərbaycana seçkini müşahidə etmək üçün gəliblər. Bir sıra görüşlər keçiriblər. Seçkiləri də izləyiblər. Azərbaycanı özləri üçün 2-ci doğma ölkə hesab edən Pakistan nümayəndə heyəti Pakistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu da xatırladıb.
Həmçinin qeyd olunub ki, nümayəndə heyəti Mərkəzi Seçki Komisiyasının fəaliyyətindən də razıdır. Vurğulanıb ki, seçki prosesi yüksək səviyyədə keçirilib. Pakistan nümayəndə heyəti Milli Məclisə seçiləcək nümayəndələrin öz vətəni Azərbaycan üçün töhfələr verəcəyinə əminlik ifadə edib.